[b]6 ildən sonra eyni məkan, eyni gün[/b]
25.05.2016 - 14:27
[b]6 ildən sonra eyni məkan, eyni gün[/b]

Azərbaycan millisi tarixində 2-ci dəfə mayın 26-da meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, sabah Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək komandamız 6 il əvvəl də eyni gündə yoxlama matçında qüvvəsini sınayıb.

 

Maraqlıdı ki, indiki kimi 2010-cu ildə də görüş eyni məkanda – Avstriyada baş tutub. Həmin vaxt komandamız təlim-məşq toplanışının ilk matçını Zeekirhendə keçirmişdi.

 

Moldova yığması ilə mayın 26-dakı oyunda qalib müəyyənləşməmişdi – 1:1. 6 ildən sonra eyni ölkədə, amma Bad Erlax şəhərində baş tutacaq dueldə rəqib daha zəifdi.

 

Çünki komandamız tarixində 2-ci dəfə FİFA reytinqinin axırıncı bölümündə qərarlaşan yığmanı sınağa çəkəcək. Söhbət ilk iki “yüzlük”də də yer almayan, 201 və daha aşağı pillələrdəki rəqiblərdən gedir. İlk belə oyunumuz 2012-ci ildə elə Andorraya qarşı olub. 4 il öncə mayın 30-da bizimlə qarşılaşan vaxt “cırtdanlar” indikindən də pis – 205-ci idi. İndi isə andorralılar reytinqdə 202-ci pillədədi.

 

0