[b]Erik Ramos "Neftçi"dən getdi: Karyeramı bu klubda davam etdirmək istəmirəm[/b]
26.05.2016 - 10:38
[b]Erik Ramos "Neftçi"dən getdi: Karyeramı bu klubda davam etdirmək istəmirəm[/b]

“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramosun apasport.az saytına müsahibəsi

 

- 2015/2016 mövsümün titulsuz başa vurduz. Azərbaycan kubokunun finalında “Qarabağ” qarşısında 119 dəqiqə tab gətirə bildiz. Qol deyəsən, gözlənilməz oldu. Çünki hamınız penaltilər seriyasına hazırlaşırdınız...

- Sona yaxın çox yorulmuşduq. Həm də düşünürdük ki, əlavə vaxtda qələbə topunu vuracağıq. Amma bunu bacarmadıq və mövsümü titulsuz bitirdik.

 

- Topaz Premyer Liqasında da 6-ci yeri tutduz. “Neftçi”nin bu cür çıxışı sizi düşündürürmü?

- Çempionatı 6-cı pillədə başa vurmaq və titul qazana bilməmək, əlbəttə, təəssüfləndirici məqamdı. Çalışdıq, amma sonluq bu cür alındı. Başqa nə deyim?

 

- “Qarabağ”la oyunun “Neftçi”də sonuncu matçınız olduğunu demək olarmı?

- Bəli, “Neftçi”də sonuncu oyunumu keçirdim. Dörd ildi bu komandanın heyətindəyəm. Uğurlu illərimiz oldu. Ancaq karyeramı bu klubda davam etdirməyi düşünmürəm.

 

- “Neftçi”ni isə qırmızı vərəqə ilə tərk edirsiniz...

- Bu son dəqiqələrdə baş verdi. Olanlara görə üzülürəm. Qırmızı vərəqəyə görə isə çox əsəbiləşmişdim.

 

- Sizi çılğın futbolçu kimi tanıyırıq. Amma nədənsə bunu “Qarabağ”la oyunlarda müşahidə etmədik. Bu rəqibdən çəkindiyiniz anlamına gəlmir?

- Daha asta oynamalı idim. Səhvlərə yol vermək istəmirdim. Çempionat oyunu fərqlidi. Çünki orda itirdiyin xalları digər oyunlarda sığortalamaq mümkündü. Amma bu cür qarşılaşmalar bir oyundan ibarətdi. Səhvləri minimuma endirmək lazımdı ki, yaxşı nəticə qazanasan.

 

- Qırmızı vərəqə aldığınız epizoda “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda sərt reaksiya verdi. Matç başa çatdıqdan sonra aranızda hansı dialoq oldu?

- Aramızda ciddi söhbət olmadı. Almeyda məndən niyə belə etdiyimi soruşdu. Mən isə cavab vermədim.

 

0