[b]Rio-2016: İngilis atletdən boykot hədəsi[/b]
26.05.2016 - 15:55
[b]Rio-2016: İngilis atletdən boykot hədəsi[/b]

Dopinq qalmaqalı ilə üzləşən atletika üzrə Rusiya yığmasının Rio-2016-da mümkün çıxışı digər ölkələri arasında fərqli qarşılanıb. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya təmsilçisi Qordi Seyers bunun qəti əleyhdarlarından biridi.

 

33 yaşlı xanım atlet şimallıların Braziliyaya yollanacağı halda, Olimpiadanı boykot edəcəyini açıqlayıb. Pekin-2008-də nizəatma yarışlarının 4-cüsü olan Seyers həmin yarışda mükafat qazanan Mariya Abakumovanın cəzalanacağı halda, “bürünc”ə qovuşacaq: “Əgər mən həmin vaxt medal qazansaydım, karyeram başqa cür də davam edə bilərdi. Buna şübhəm də yoxdu. Bu, medalı poctla almağa bənzəmir. Düşünürəm ki, Rusiya atletika yığmasının diskvalifikasiyası qüvvədə qalmalıdı. Əgər onlar Olimpiadaya buraxılsa, mən orada iştirak etməyəcəyimi deyə bilərəm”.

 

Qeyd edək ki, Seyers nizəatma üzrə ölkəsinin rekordçusudu. Rusiya millisi ilə bağlı yekun qərar isə iyunun 17-də veriləcək.   

0