[b]“Neftçi” və “Qəbələ”nin 42, “Kəpəz”in 43 potensial rəqibi[/b]
26.05.2016 - 16:26
[b]“Neftçi” və “Qəbələ”nin 42, “Kəpəz”in 43 potensial rəqibi[/b]

Avropa Liqasının 2016/17 mövsümünün I təsnifat mərhələsində çıxış edəcək 98 komandadan 91-i məlumdu. Apasport.az saytının məlumatına görə, püşkatmada səpələnmişlər səbətində yer alacaq 49 komandadan 46-sı, səpələnməmişlərdən 45-i müəyyənləşib.

 

Azərbaycan klublarından ikisi – “Neftçi” və “Qəbələ” güclülərin yer aldığı səbətdə qərarlaşıb. Bakılılar bu raundda oynamaq hüququ qazanan komandalar arasında ən yüksək 6-cı əmsala malikdi.

 

Hesabında 9,725 xalı olan “ağ-qaralar” yalnız Sloveniya “Maribor”u (21,625), İsrail “Makkabi”si (Təl-Əviv, 20,225), Finlandiya HİK-i (10,980), Belarus “Dinamo”su (Minsk, 10,000) və Kipr “Omoniya”dan (9,935) geri qalır. Səpələnməmiş 45 komandadan 42-si (digər klubumuz və Ermənistan klubları istisna olmaqla) “Neftçi” və “Qəbələ”nin potensial rəqibləridi.

 

Səpələnməmiş olacaq “Kəpəz” isə iki təmsilçimiz və Ermənistan klubu ilə qarşılaşa bilməz. Onların da 43 potensial rəqibi məlumdu.

 

Qeyd edək ki, “Neftçi”nin yer alacağı cüt II təsnifat mərhələsində də səpələnmişlərdən olacaq.

 

Səpələnmişlər: “Maribor” (Sloveniya), HİK (Finlandiya), AEK, “Omoniya” (hər ikisi Kipr),“Neftçi”, “Qəbələ” (hər ikisi Azərbaycan),  AİK, “Höteborq” (hər ikisi İsveç), “Slovan”, “Spartak” T (hər ikisi Slovakiya), “Debretsen”, “Videoton” (hər ikisi Macarıstan), “Aktobe” (Qazaxıstan), “Şaxtyor”, “Dinamo” (hər ikisi Belarus), “Ventspils” (Latviya), “Aberdin”, “Harts” (hər ikisi Şotlandiya), “Lokomotiv” (Xorvatiya), “Reykyavik” (İslandiya), “Dila” (Gürcüstan), “Odd” (Noeveç), “Admira” (Avstriya), “Rabotniçki” (Makedoniya), “Vaduts” (Lixtenşteyn), “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “Şemrok Rovers”, “Sent Patriks” (hər ikisi İrlandiya), “Zaqlebiye”, “Krakoviya” (hər ikisi Polşa), “Linfild” (Şimali İrlandiya), “Stabek” (Norveç), “Beytar”, “Mkkabi” Təl-Əviv (hər ikisi İsrail), “Kukesi” (Albaniya), “Levadiya”, “Nomme Kalyu” (hər ikisi Estoniya), “Zimbru” (Moldova), “Pünik” (Ermənistan), “Breydablik” (İslandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Domjale” (Sloveniya), “Voyvodina”, “Çukariçki” (hər ikisi Serbiya), “Beroe” (Bolqarıstan), Danimarkanın 2, Moldovanın 1 təmsilçisi

 

Səpələnməmişlər: “Kliftonvill”, “Qlenavon” (hər ikisi Şimali İrlandiya), “Torshavn”, “Runavik”, “Vikinqur” (hamısı Farer adaları), “Buduçnost”, “Bokelj”, “Rudar” (hamısı Monteneqro), “Kəpəz” (Azərbaycan), “Birkirkara”, “Hiberniians”, “Baltsan” (hamısı Malta), “Şkendiya”, “Sileks” (hər ikisi Makedoniya), “Valyur” (İslandiya), MTK (Macarıstan), “Spartak” M (Slovakiya), “Nova Qoritsa” (Sloveniya), “Suduva”, “Arlantas”,  “Trakai” (hamısı Litva), “Yelqava”, “Spartak” (hər ikisi Latviya), “Rovaniemi”, “Mariehamn” (hər ikisi Finlandiya), “Lusitanos”, “Santa Koloma” (hər ikisi Andorra), “Samtredia”, “Çixura” (hər ikisi Gürcüstan), “Partizani”, “Teuta” (hər ikisi Albaniya), “Sloboda”, “Radnik” (hər ikisi Bosniya və Herseqovina), “Kork Siti” (İrlandiya), “Bala Taun”, “Landudno”, “Konna Kvey” (hamısı Uels), “Europa” (Cəbəllütariq), “Ordabası” (Qazaxıstan), “Fola” (Lüksemburq), “Folqor” (San-Marino), “Şirak”, “Banants” (hər ikisi Ermənistan), “Zarya” (Moldova), “İnfonet” (Estoniya), Bolqarıstan, Kosovo, Lüksemburq, San-Marino təmsilçiləri

 

Qeyd edək ki, avrokubokların I və II təsnifat mərhələlərin püşkatma mərasimi iyunun 20-də, İsveçrənin Nyon şəhərində keçiriləcək.

 

0