[b]Miltinyonun müqavilə müddəti açıqlandı[/b]
26.05.2016 - 17:09
[b]Miltinyonun müqavilə müddəti açıqlandı[/b]

Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Milton Luiz Ziller Junior ölkəmizə gələn ay gələcək. Bu barədə apasport.az saytına Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məlumat verib.

 

Axundovun sözlərinə görə, Miltinyo kimi tanınan braziliyalı mütəxəssislə 1 illik müqavilə imzalanacaq: “Yeni baş məşqçi iyunun 20-də Azərbaycana gələcək. Ertəsi gün isə yığmamız Bakıda təlim-məşq toplanışına yığışacaq. Hələlik onun köməkçiləri bəlli deyil. Bu barədə baş məşqçi ilə məsləhətləşdikdən sonra qərar verəcəyik. Başqa ölkədə təlim-məşq toplanışı keçmək məsələsini də onunla müzakirə edəcəyik. Ondan sonra federasiyalarla danışığa başlayacağıq”.

 

Federasiya rəhbəri Miltinyoun millimizə yeni futzalçılar gətirəcəyini də istisna etməyib: “Baş məşqçi ilk növbədə komandamızın oyunlarının təhlilini aparacaq. Hazırda yığmanın keçirdiyi görüşlərin disklərinə baxır. Əgər heyətdə hansısa dəyişikliyə ehtiyac duysa, onun istədiyi oyunçuları komandaya cəlb edəcəyik”.

 

Qeyd edək ki, Milton Luiz Ziller Junior yığmamızı sentyabr-oktyabr aylarında Kolumbiyada keçiriləcək DÇ-2016-ya hazırlayıb, mundiala aparacaq.

 

0