[b]“Hiss olunurdu ki, rəqib müdafiə oluna bilmir” – Teymur Rəcəbov[/b]
26.05.2016 - 20:20
[b]“Hiss olunurdu ki, rəqib müdafiə oluna bilmir” – Teymur Rəcəbov[/b]

“Mənim üçün fərqi yoxdur xanım rəqib və ya əksinə. Əsas odur ki, lazım olanda həlledici gedişi edəsən”. Apasport.az saytının məlumatına görə, bu  sözləri beynəlxalq dərəcəli qrossmeyster Teymur Rəcəbov deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 turnirində Çin idmançısı Hou Yifanla bərabərə qalan Teymur görüş haqda bunları deyib: “Bu gün görüşün əvvəlində cüzi üstünlük qazanmışdım. Hiss olunurdu ki, rəqib müdafiə oluna bilmir. Yifanın müdafiədə problemləri var idi. Üstünlüyü inkişaf etdirmək mümkün olmadı. İrəliləyiş görünmürdü”.

Təmsilçimiz rəqib haqqında fikirlərini də bölüşüb: “Rəqib haqda ancaq xoş sözlər deyə bilərəm. Hou Yifan güclü şahmatçıdır. Kifayət qədər təcrübəyə malikdir. Bir sıra turnirlərdə qələbə qazanıb. Belə rəqiblə görüşdə səhvlərə yol vermək olmaz".

Çin idmançısı, qadınlar arasında dünya çempionu Hou Yifan isə ilk turun nəticəsindən razı qaldığını söyləyib: “Teymur düzgün gedişlərlə üstünlük qazandı. Partiyaya o qədər yaxşı başlamadığımdan ehtiyatlı oynayırdım. Heç-heçə yaxşı nəticədir. Kişilər arasında turnirdə iştirak etmək hər zaman mənim üçün maraqlıdır. Karyeramda həm kişilər, həm qadınlar arasında turnirlərdə mübarizə aparıram. Heç vaxt deməmişəm ki, qadınların yarışında iştirak etməyəcəm”.

0