[b]24 ildə 17-ci dəfə[/b]
27.05.2016 - 13:09
[b]24 ildə 17-ci dəfə[/b]

Azərbaycan millisi Andorra ilə Avstriyada keçirilən yoxlama oyununu “Qarabağ” və “Neftçi”nin futbolçuları olmadan keçirib. Apasport.az saytının məlumatına görə, yığmamızın 24 illik tarixində ən çox oyunçu verən Bakı klubu 17-ci dəfə millidə təmsil olunmayıb.

 

Buna adıçəkilən iki klubun Azərbaycan kubokunun finalında üz-üzə gəlməsidi. Mayın 25-dəki matçın iştirakçıları yığmaya gec qoşulduğundan Andorraya qarşı oynamayıb.

 

Millimizin ilk matçını keçirdiyi 1992-ci ildən 1998-ci ilədək fasiləsiz 6 il “Neftçi”nin üzvləri olmadan heç bir matça çıxmayıb. “Ağ-qaralar”sız millinin son 3 oyunu isə Prosineçkinin dönəminə təsadüf edib. Ötən il Malta və Norveç, bu il isə Andorra ilə görüşdə “ağ-qaralar” təmsil olunmayıb.

 

Qeyd edək ki, “Neftçi” üzvlərinin olmadığı görüşdə millimiz 4 qələbə qazanıb, 7 heç-heçə edib və 6 məğlubiyyət alıb. Yığmamız bu matçlarda 12 top vurub, 21-ni buraxıb.

 

0