Sabah Bakı trekində sınaq yürüşü olacaq
28.05.2016 - 13:32
Sabah Bakı trekində sınaq yürüşü olacaq

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisinə çox az müddətin qaldığı bir ərəfədə yarışın rəsmi elçilərindən biri olan Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasını sınaqdan keçirəcək. Təşkilatçılardan apasport.az saytına verilən məlumata görə, 19 yaşlı istedadlı “Formula-3” pilotu sabah GP3 seriyasına aid yarış avtomobilində yüksək sürətlə 3 dövrə vuracaq.

 

Sınaq yürüşü Azadlıq meydanında yerləşən Pit binasının qarşısında saat 10.00-da start götürəcək və eyni yerdə başa də çatacaq.

 

Gənc pilot ən yeni “Formula-1” trekindəki sürət nümayişindən sonra KİV nümayəndələrinin suallarını cavablandıracaq.

 

0