10 ildən sonra La Liqaya qayıtdı
30.05.2016 - 10:45
10 ildən sonra La Liqaya qayıtdı

İspaniya La Liqasına vəsiqə qazanan bir komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Alaves” buna nail olan ilk komanda olub.

 

İspaniya Sequndasının 41-ci turunda “Numansiya” üzərində 2:0 hesablı qələbə qazanan “Alaves” sona 1 tur qalmış liderliyini qoruyub. Komanda 3-cü pillədəki “Ximnastik”lə 4 xallıq fərqi qoruduğundan, mövsümü ilk iki sırada bitirəcəyi dəqiqləşib. Bu isə o deməkdi ki, “Alaves” elitaya vəsiqəni rəsmiləşdirib.

 

Qeyd edək ki, bu komanda sonuncu dəfə 2005-06 mövsümündə La Liqada iştirak etmişdi.

0