[b]Yığmamızdan Rioya 47-ci vəsiqə[/b]
31.05.2016 - 10:06
[b]Yığmamızdan Rioya 47-ci vəsiqə[/b]

Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamız 47-ci vəsiqəyə “wild card”la yiyələnib.

 

Belə ki, Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (İSSF) güllə atıcımız Ruslan Lunyova “güzəştli vəsiqə” verib. Artıq bununla bağlı rəsmi məktub Azərbaycan Atıcılıq Federasiyasına daxil olub.

 

O, Rioda 25 m (kiçikçaplı tapança) və 10 m (pnevmatik tapança) məsafələrə atışda hədəf önünə keçəcək.

 

Qeyd edək ki, Lunyovdan öncə Olqa Senyuk (kamandan oxatma), Rostislav Pevtsov (triatlon) Səbinə Mikina (qılıncoynatma, sablya), Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko, Petro Paxnyuk (hər ikisi idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Mircəlal Həsənzadə (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.

 

0