[b]AÇ-2016: Portuqaliya millisi “23-lüy”ə toxunmadı[/b]
01.06.2016 - 09:50
[b]AÇ-2016: Portuqaliya millisi “23-lüy”ə toxunmadı[/b]

Portuqaliya yığması Fransada keçiriləcək Avropa çempionatı üçün yekun heyətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, pireneylilərin ilkin heyətində heç bir dəyişiklik olmayıb.

 

Belə ki, baş məşqçi Fernando Santuş öncədən açıqladığı “23-lüy”ü qitə birinciliyinə aparmaq qərarına gəlib.

 

Portuqaliya yığmasının “23-lüy”ü:

 

Qapıçılar: Antoni Lopes (“Lion”, Fransa), Eduardo (“Dinamo”, Zaqreb, Xorvatiya), Rui Patrisiu (“Sportinq”)

 

Müdafiəçilər: Bruno Alveş (“Fənərbaxça”, Türkiyə), Rikardu Karvalyo (“Monako”, Fransa), Sedrik, Joze Fonte (hər ikisi “Sauthempton”, İngiltərə), Eliseu (“Benfika”), Pepe (“Real”, İspaniya), Rafael Gerrero (“Loryen”, Fransa)

 

Yarımmüdafiəçilər: Adrien Silva, Joao Mario, Vilyam Karvalyo (hamısı “Sportinq”), Andre Qomeş (“Valensiya”, İspaniya), Danilo (“Porto”), Joao Moutinyo (“Monako”, Fransa), Rafa Silva (“Braqa”), Renato Sançes (“Benfika”), Vieyrinya (“Volfsburq”, Almaniya)

 

Hücumçular: Eder (“Suonsi”, Uels), Luiş Nani (“Fənərbaxça”, Türkiyə), Rikardo Kuarejma (“Beşiktaş”, Türkiyə), Kriştianu Ronaldo (“Real”, İspaniya).

 

Qeyd edək ki, Portuqaliya millisi F qrupunda İslandiya, Avstriya və Macarıstanla mübarizə aparacaq.

0