[b]“İngiltərənin çempion olmasını istəyirəm” – Rauf Məmmədov[/b]
01.06.2016 - 18:20
[b]“İngiltərənin çempion olmasını istəyirəm” – Rauf Məmmədov[/b]

“Karyakin dünya çempionluğuna iddialıdı. Sergey şahmat tacı uğrunda Maqnus Karlsenlə mübarizə aparacaq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının şahmatçısı Rauf Məmmədov deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2016” superturnirinin VI turunda Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayan həmyerlimiz nəticədən razı qaldığını deyib: "Heç-heçə yaxşı nəticədi. Fikrimcə, çox maraqlı oyun oldu. Üstünlük yox idi, amma fəal mübarizə gedirdi. Belə də heç-heçəni yaxşı nəticə hesab edirəm. İstirahət günündən sonra Sergey kimi şahmatçıdan yarım xal almaq normaldı".

Qrossmeysterimiz “ShamkirChess2016” turnirinin təşkilatçılığı barədə danışaraq şəmkirlilərə təşəkkürünü də bildirib: "Karyeramda iştirak etdiyim ən gözəl üç turnir Şəmkirlə bağlıdı. Ardıcıl üçüncü dəfə burdakı yarışda mübarizə aparıram və bu turnirin hamısı təşkilatçılıq baxımından seçilir. Şəmkirlilərə təşəkkür edirəm, yarış zamanı bizləri tək qoymurlar. Növbəti illərdə də Şəmkirdə keçirilən yarışda iştirakçılar sırasında olmaq istərdim".

Azərbaycan yığmasının lideri bir neçə gündən sonra başlayacaq futbol üzrə Avropa çempionatında İngiltərə komandasına azarkeşlik edəcəyini də bildirdi: "Futbol azarkeşiyəm. Ona görə Avropa çempionatını yaxından izləyəcəm. Sözsüz ki, İngiltərənin çempion olmasını istəyirəm. Şanslar bütün komandalarda eynidi".

0