[b]Əfsanəvi şahmatçı dünyasını dəyişdi[/b]
06.06.2016 - 22:11
[b]Əfsanəvi şahmatçı dünyasını dəyişdi[/b]

 

Məşhur şahmatçı Viktor Korçnoy 86 yaşında dünyasını dəyişib. Apasport.az saytının xəbərinə görə, bu barədə mərhumun oğlu "feysbuk" sosial şəbəkəsindəki profilində məlumat yayıb.

 

4 dəfə (1960, 1962, 1964, 1970) SSRİ çempionu olan Korçnoy 5 dəfə Avropanın ən güclüsü adını qazanıb. 1978 və 1982-ci illərdə dünya çempionu adını uğrunda Anatoli Karpovla görüşlərdən məğlub ayrılıb. SSRİ yığmasının heyətində 6 dəfə Şahmat Olimpiadasının, 100-dək beynəlxalq turnirin qalibi olub.

 

Korçnoy 1976-cı ilin yayında Amsterdamda təşkil olunan turnirdən sonra SSRİ-yə qayıtmaq istəməyib və əvəzində İsveçrəyə köçüb. 28 il sonra İsveçrə vətəndaşlığı alan mərhum qrossmeyster bu ölkənin yığmasının heyətində də 10 dəfə Şahmat Olimpiadasına qatılıb.

 

 

0