“Formula-1”: Bakı mərhələsinin çətinliklərindən biri...
08.06.2016 - 09:24
“Formula-1”: Bakı mərhələsinin çətinliklərindən biri...

“Komandaların yüklərinin çatdırılması üzrə təşkilatı məsələlərin böyük hissəsini FOM logistika üzrə “Formula-1”in rəsmi tərəfdaşı olan DHL şirkəti ilə birgə öz öhdəsinə götürür. Bu, o deməkdi ki, hər mərhələ üzrə çatdırılma cədvəlini məhz onlar tərtib edirlər”. Apasport.az saytının məlumatına görə, bunu “Force İndia” komandasının yarış koordinatoru Franko Massaro deyib.

 

“Formula 1” mərhələlərinin ən çətin proseslərindən biri logistika məsələləri olur. Çox zaman yüklərin dünyanın müxtəlif ölkələrinə çatdırılması üçün komandaların öhdəsinə çətin işlər düşür. “Formula-1” iştirakçılarının bu məsələnin öhdəsindən necə gəldiyi barədə danışan Massaro bildirib ki, Bakı mərhələsinin çətinliklərindən biri də iki yarış arasında cəmi bir həftə fasilənin olmasıdı: “Komandalar yarışa daha maksimal dərəcə hazırlaşmaq üçün yarış olan ölkəyə daha erkən gəlməyə öyrəşiblər”.  

Komandanın Bakı mərhələsinə nə zamandan hazırlıq görüldüyü sualına cavab olaraq Franko deyib ki, 2015-ci ilin dekabrında Azərbaycana səfər edib, oteldən trekə gedən bütün yolları, yarana biləcək problemləri araşdırıb və yarış üçün ətraflı məlumat toplayıb. 

Əsas hazırlıq isə bir neçə ay bundan öncə başlayıb. Komanda Avropa Qran-prisi üçün bütün avadanlığı artıq toplayıb. Hazırlıq işlərinə başlamaq üçün “Force İndia” komandasının birinci heyəti Bakıya Kanada Qran-prisindən öncə səfər edəcək. 

Sözsüz ki, yarışlar arasında bir həftəlik fasilənin olması hazırlıq prosesində çətinliklər yaradır. Lakin bu amil çətinlik törətsə də, komandanın işinə təsir etmir. Onlar bu cür sınaqlara artıq öyrəşiblər.  

Avropa Qran-prisindən sonrakı mərhələ Avstriya Qran-prisi olacaq. Ona görə komandaların avadanlıqlarının bir hissəsi dərhal ora göndəriləcək. Bunun toplaması üçün cəmi 7 saat yetərlidi. Bu da başa düşüləndi. Massaronun sözlərinə görə, “Formula-1”də hər saniyə vacibdi, ona görə də komandasının hər hansı bir gecikməsi özünü yekun nəticədə göstərə bilər. 

 

0