[b]“Kiçik bir taym-aut götürmək olar” – Azad Rəhimov[/b]
08.06.2016 - 17:47
[b]“Kiçik bir taym-aut götürmək olar” – Azad Rəhimov[/b]

“Bizim infrastrukturumuz var. 2024-cü ildə keçiriləcək Olimpiadaya namizədliyimizi irəli sürüb-sürməməklə bağlı düşündük. Yekunda namizədliyimizi vermədik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

 

O, Azərbaycanın 2024-cü ildə olacaq Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyini verməməsinə aydınlıq gətirib. Nazir Rusiya mətbuatına bildirib ki, ölkəmiz bu yolda böyük olmayan fasilə götürüb: “Namizədliyimizi irəli sürməməyimizin səbəb odu ki, biz əlavə qurğular tikməliyik. Bu isə 1 milyard dollar deyil. Qərar qəbul etmişik ki, kiçik bir taym-aut götürmək olar”.

 

Qeyd edək ki, Olimpiada-2016 və 2020-ci illər üçün namizədliyini irəli sürən Bakı ilk mərhələdə mübarizəni dayandırmışdı. Bu Oyunlar müvafiq olaraq, Rio və Tokioda baş tutacaq. 2024-cü ildə keçiriləcək Olimpiadaya isə Roma, Los-Anceles, Budapeşt və Paris namizədliyini irəli sürüb. Qalib şəhərin adı gələn il sentyabrın 13-də açıqlanacaq. 

0