“Azərbaycanda bizi çox sayda pərəstişkar dəstəkləməyə gələcək”
11.06.2016 - 15:53
“Azərbaycanda bizi çox sayda pərəstişkar dəstəkləməyə gələcək”

“Bakı treki uzunluğuna görə Spadan sonra ikincidi və bildiyimə görə orada çempionatın ən uzun düzlüyü olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Sauber F1” komandasının pilotu Felipe Nasr deyib.

 

O, iyunun 17-19-da Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi ilə bağlı fikirlərini açıqlayıb. Nasr bildirib ki, treklə iyunun 16-da tanış olacaq: “Düzünü desəm, Azərbaycan haqda çox məlumatım yoxdu. Lakin səbirsizliklə Bakıdakı yarışı gözləyirəm”. 

 

Pilot ölkəmizdəki azarkeşlərinə mesaj da yollayaraq, onları yarışa səsləyib: “Hər zaman yeni ölkələrdə çıxış etməyi dəstəkləyirəm. Ümid edirəm ki, Azərbaycanda bizi çox sayda pərəstişkar dəstəkləməyə gələcək”. 

0