[b]AÇ-2016: Rusiya turnirdən qovulacaq?[/b]
15.06.2016 - 01:38
[b]AÇ-2016: Rusiya turnirdən qovulacaq?[/b]

Avropa çempionatında mübarizə aparan İngiltərə və Rusiya millilərinin fanatları arasında yenə dava düşüb. Apasport.az saytının məlumatına görə, bu dəfəki iğtişaşlar Lilldə baş verib.

 

Qarşıdurma zamanı ingilislərlə yanaşı uelslilər də ruslarla vuruşublar. Polis hadisəni nəzarət altına almaqda çətinlik çəkib. Yekunda iki rus “xuliqan” həbs edilib.

 

Budəfəki hadisələrdən sonra diqqətlər yenidən UEFA-ya çevrilib. Belə ki, ali futbol qurumu rus azarkeşlərinə növbəti belə dava olacağı halda komandalarını turnirdən qovacağı xəbərdarlığını etmişdi. 

0