[b]“Formula-1”: Növbəti qəza[/b] - FOTO
18.06.2016 - 15:13
[b]“Formula-1”: Növbəti qəza[/b] - FOTO

“Formula-1”in Bakıda keçirilən Avropa Qran-prisinin üçüncü sərbəst yarışında qəza baş verib. Apasport.az saytının məlumatına görə, “Force İndia”nın pilotu Serxio Peres qəza törədib.

 

Belə ki, meksikalı idmançı 14-cü döngədə idarəetməni itirib. Nəticədə 26 yaşlı pilotun bolidi trekin ətrafındakı təhlükəsizlik hasarına çırpılıb.

 

Üçüncü sərbəst yürüşdə ən yüksək göstəriciyə isə Luis Hamilton (“Mercedes”) imza atıb.

 

Qeyd edək ki, dünən keçirilən birinci test yürüşündə “Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo idarəetməni itirərək, bolidi divara çırpmışdı.

0