[b]AÇ-2016: Çexiyalı futbolçu üçün turnir başa çatdı[/b]
18.06.2016 - 21:06
[b]AÇ-2016: Çexiyalı futbolçu üçün turnir başa çatdı[/b]

Çexiya millisinin yarımmüdafiəçisi Tomaş Rositski Avropa çempionatındakı çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, buna səbəb onun zədələnməsidir.

 

Əvvəlcə onun yalnızca Türkiyə millisi ilə oyunu buraxacağı gözlənilsə də, sonradan çexiyalı həkimlər 35 yaşlı futbolçu üçün çempionatın bitdiyini bildiriblər.

 

Qeyd edək ki, Rositski Xorvatiya ilə matçın son dəqiqələrində zədələnmişdi. 

0