[b]AÇ-2016: “Öz oyunumdan razı deyiləm” – Almaniya millisinin hücumçusu[/b]
19.06.2016 - 21:15
[b]AÇ-2016: “Öz oyunumdan razı deyiləm” – Almaniya millisinin hücumçusu[/b]

“Hücumda bəzi problemlərimiz var. Bu cəhətdən olan tənqidləri müəyyən mənada haqlı saymaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin hücumçusu Tomas Müller deyib.

 

Fransanın "Ekip" nəşrinə açıqlama verən forvard tənqidçilərin haqlı olduğunu bildirib: “Öz oyunumdan da o qədər də razı deyiləm. Ancaq biz sakitliyimizi qorumalıyıq. Daha çox qol vəziyyəti yaratmaq və daha çox qol vurmaq üçün öz üzərimizdə bir az da çalışmalıyıq”.

 

Qeyd edək ki, Almaniya millisi AÇ-2016-nın startından bəri keçirdiyi 2 oyunda 2 qola imza atıb. "Panzerlər" Ukraynaya qarşı ilk oyunun 2:0 hesabıyla qalib gəlsə də, ikinci oyunda Polşayla qolsuz bərabərə qalıb. Hər iki oyunda 90 dəqiqə forma geyinən Müller hələ ki, fərqlənə bilməyib.

0