[b]Ronaldo qadın geyimində[/b] - FOTO
20.06.2016 - 10:32
[b]Ronaldo qadın geyimində[/b] - FOTO

Meydandakı oyunu ilə yanaşı, ondan kənarda da daim diqqət mərkəzində olan Kriştianu Ronaldo yenidən gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Portuqaliya millisinin kapitanı bu dəfə geyimi ilə hər kəsi təəccübləndirib.

 

Avropa çempionatında qrup mərhələsinin ilk iki turunda qələbə qazana bilməyən portuqaliyalılar Avstriya ilə matçda buna çox yaxın olsalar da, məhz Ronaldo son dəqiqələrdə penaltini qola çevirə bilməyib.

 

Matçdan sonra isə ulduz futbolçunun geyimi uğursuz çıxışı unutdurub. Belə ki, komandanın avtobusuna tərəf gedərkən Ronaldonu dar və transparan corabda görənlər şoka düşüblər. Ronaldonu adətən qadınların geyindiyi uzun corabda görənlər buna müxtəlif formalarda izah gətirməyə çalışıblar. Bəziləri bu geyimin insan sağlamlığına xeyirli olduğunu bildirərək, futbolçunun belə seçim etdiyini düşünürlər.

 

Qeyd edək ki, Portuqaliya millisi qrupda son oyununu iyunun 22-də Macarıstana qarşı keçirəcək.

0