[b]Dünya Kuboku: Bu gün açılış, sabah start[/b]
21.06.2016 - 13:47
[b]Dünya Kuboku: Bu gün açılış, sabah start[/b]

Sabah Bakıda Beynəlxalq İdman Atıcılıq Federasiyasının (İSSF) təqvim planına əsasən 15 olimpiya növü üzrə Dünya Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, iyunun 29-dək davam edək yarış Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin və “Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə təşkil olunacaq.

 

Bu gün isə Dünya Kubokunun keçiriləcəyi Bakı Atıcılıq Mərkəzində turnirin rəsmi açılış mərasimi baş tutacaq. 

 

Dünya Kubokuna 80 ölkədən 1013 idmançı, eləcə də, rəsmi qonaq və idman nümayəndəsi qatılacaq. 


Yarış İSSF-in rəsmi televiziya kanalı vasitəsilə dünyanın bir çox ölkələrdə canlı yayımlanacaq. Turnirin rəsmi sponsorları Azərbaycan Atıcılıq Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyini,  “Qəbələ” Atıcılıq Klubu, “Gilan Construction & Development”, “Qafqaznet”, “Milla”, “Fiji water”, “Aztexnika”, “Qatar Airways” və “Beretta”dı.

 

Bu ərəfədə yarışa qatılacaq millimizin heyətində də dəyişiklik edilib. Komandamız Dünya Kubokuna 23 snayperlə qatılmağı planlaşdırsa da, bu say son anda 28-ə qaldırılıb.

 

Qeyd edək ki, yarış avqustun 6-14-də Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində Dünya Kubokunun son mərhələsidi.


Sentyabrın 16-23-də “Qəbələ” Atıcılıq Klubunda Dünya Kubokunun final mərhələsi keçiriləcək. Bu, 2016-cı ildə Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm yarışlardan biri hesab olunur.

 
 

 

0