[b]AÇ-2016: Bir seriyanın sonu[/b]
22.06.2016 - 00:40
[b]AÇ-2016: Bir seriyanın sonu[/b]

Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində baş tutan Xorvatiya – İspaniya matçında birincilərin cavab qolunu vuran Nikola Kaliniç uzunmüddətli seriyanın qırılmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, matçın 45-ci dəqiqəsində fərqlənən xorvat oyunçu İspaniyanın Avropa çempionatlarında 735 dəqiqəlik qol buraxmamaq seriyasını dayandırıb.

 

Sonuncu dəfə 2012-ci il Avropa çempionatının qrup mərhələsində İtaliya ilə matçda Di Natalenin qoluna üzülən Del Boskenin yetirmələri o vaxtdan bura qapısını toxunulmaz saxlamağı bacarmışdı.

0