[b]“Yığmadan kənarlaşdırmağımın səbəbini bilmirəm” - Nizami Paşayev[/b]
22.06.2016 - 13:51
[b]“Yığmadan kənarlaşdırmağımın səbəbini bilmirəm” - Nizami Paşayev[/b]

“Yığmadan kənarlaşdırmağımın səbəbini bilmirəm. Bunun dopinq qalmaqalı ilə də hansısa bağlılığı yoxdu”. Bunu apasport.az saytına ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Nizami Paşayev deyib.

 

Dünya çempionumuz bir gün öncə federasiya rəhbərliyinin qərarı ilə vəzifəsindən azad edilib. Paşayevin sözlərinə görə, onların qərarına hörmətlə yanaşır və məsləhət belə olub.

 

O bildirib ki, yığmadan kənarlaşsa da, Boyanka Kostovanın şəxsi məşqçisi olaraq qalacaq. Dünya çempionu milliləşdirilmiş legionerimizin Rioya yollanacağına isə hələ də ümidini üzməyib: “Düzdü, Londonda ondan götürülən analiz təkrar baxışdan keçərkən, müsbət nəticə verib. Lakin bununla bağlı hələlik yekun qərar verilməyib. Son dünya çempionu və rekordçusu kimi onun “wild card”la Braziliyaya yollanacağına ümid edirəm. Kostova hazırda yaxşı formadadı”.

 

Qeyd edək ki, Kostovanın dopinqdən istifadəsi hələlik təsdiqlənməsə də, yığmamızın 6 idmançısı artıq cəzaya məruz qalıb. 

0