[b]Ukraynalı futbolçu Bakı klubu ilə 3 illik müqavilə bağladı[/b]
23.06.2016 - 18:18
[b]Ukraynalı futbolçu Bakı klubu ilə 3 illik müqavilə bağladı[/b]

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının gümüş mükafatçısı mövsümlərarası fasilədə 2-ci legionerlə anlaşdığını bəyan edib.

 

Yerli futbolsevərlərə də yaxşı tanış olan Yasin Həmidlə 3 illik müqavilə imzalanıb. Yasin ötən mövsüm “Rəvan”dakı çıxışı ilə diqqət mərkəzinə düşmüşdü.

 

Yasin Həmid ölkəmizə Ukraynadan gəlib. Misir əsilli futbolçu “Xarkov”un yetirmısidi. Həmçinin “Metallurq” və “Stal” klublarında çıxış etmiş 23 yaşlı Yasin Ukraynanın U-19 yığmasının da formasını geymək şansı qazanıb.

 

0