Loran Blan PSJ-dən ayrıldı
24.06.2016 - 09:43
Loran Blan PSJ-dən ayrıldı

PSJ baş məşqçisi Loran Blanla yollarını ayırıb. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, tərəflər müqavilənin qarşılıqlı razılıqla ləğvində ortaq məxrəcə gəliblər.

 

Paris təmsilçisi 51 yaşlı mütəxəssisə təzminat haqqı olaraq düz 22 milyon avro ödəməli olacaq. Yaxın günlərdə klub Blanla yollarını ayırdığını rəsmən bəyan edəcək. Fransa çempionunu isə gələn mövsümdən Unai Emerinin çalışdırması gözlənilir. “Sevilya”dan yenicə ayrılan ispaniyalı mütəxəssislə ilkin razılıq da əldə edilib.

 

Qeyd edək ki, 2013-2016-cı illərdə PSJ-ni çalışdırmış Loran Blan bu müddətdə 3 dəfə (2013/14, 2014/15, 2015/16) Fransa çempionluğunu, 2 dəfə (2014/15, 2015/16) ölkə kubokunu, 3 dəfə (2013/14, 2014/15, 2015/16) liqa kubokunu, 3 dəfə isə (2014, 2015, 2016) Fransa Superkubokunu qazanıb.

 

0