[b]“Əgər siqaret çəkmək istəyirsə, özü bilər” – Millinin baş məşqçisi[/b]
24.06.2016 - 19:26
[b]“Əgər siqaret çəkmək istəyirsə, özü bilər” – Millinin baş məşqçisi[/b]

Belçika milli komandasının baş məşqçisi Mark Vilmots futbolçu Raca Naynqolanın siqaret çəkməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata açıqlama verən çalışdırıcı bunun futbolçunun öz qərarı olduğunu və ona qadağa qoymaq fikrində olmadığını bildirib.

 

“Bəli, Raca siqaret çəkir. Əgər o, bunu istəyirsə, mənim ona mane olmaq fkrim yoxdu. Bu məsələdə sərt adam deyiləm. Əgər mən ona gündə 5-6 siqaret çəkməyi qadağan etsəm, Raca bunu hardasa gizlicə edəcək. Əksinə otellərdə yerləşmə zamanı çalışıram Naynqolan üçün balkonu olan otaq ayırım ki, heç olmasa yanğın siqnalizasiyası işə düşməsin. Milli komandadakı yeganə siqaret çəkən odur” – deyə təcrübəli çalışdırıcı açıqlama verib.

0