[b]AÇ-2016: Hüqo Lloris Didye Deşamı geridə qoydu[/b]
26.06.2016 - 17:51
[b]AÇ-2016: Hüqo Lloris Didye Deşamı geridə qoydu[/b]

AÇ-2016-nın 1/8 final mərhələsi çərçivəsində İrlandiya ilə oyunda Fransa millisinin kapitanı kimi başlayan Hüqo Lloris rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı qapıçı 55-ci dəfə əsas yığmanın kapitan sarğısını taxıb.

 

Bununla da o, Didye Deşamı geridə qoyub. Hazırda millinin baş məşqçisi olan keçmiş yarımmüdafiəçi 54 dəfə komandaya kapitanlıq edib.

0