[b]AÇ-2016: Kyellini əfsanələrlə bir sırada[/b]
27.06.2016 - 21:38
[b]AÇ-2016: Kyellini əfsanələrlə bir sırada[/b]

AÇ-2016-nın 1/8 final mərhələsi çərçivəsində keçirilən İtaliya – İspaniya matçında hesabı açan Corco Kyellini maraqlı nüansla diqqət çəkib. Apasport.az saytının məlumatına görə, müdafiəçi Avropa çempionatlarında İspaniya millisinə qol vuran 4-cü “Yuventus”lu futbolçu olub.

 

Daha əvvəl “qoca sinyora”nın oyunçusu olaraq 3 əfsanəvi futbolçu – AÇ-1984-də Mişel Platini Fransa millisi ilə, AÇ-1988-də Mixael Laudrup Danimarkanın heyətində və AÇ-2000-də Zinəddin Zidan Fransa yığması üçün İspaniya millisini məyus edib.

0