[b]Türkiyə yığmasının futbolçusuna silahlı hücum[/b]
28.06.2016 - 11:40
[b]Türkiyə yığmasının futbolçusuna silahlı hücum[/b]

“Beşiktaş”ın futbolçusu Gökhan Törə yenə qalmaqalla gündəmə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi növbəti dəfə dava-dalaşda iştirak edib.

 

Belə ki, Türkiyə millisinin üzvü dostu ilə istirahət etdiyi Bodrumdakı gecə klubunda əyləndikdən sonra dayanacaqda bir azarkeşlə dalaşıb. Törə onun şəklini çəkmək istəyən şəxslə mübahisəyə girişib və onun ünvanına təhqirlər yağdırıb.

 

Bu sözlərə dözə bilməyən azarkeş belindəki silahı çıxararaq futbolçuya tərəf tutub. Lakin ətrafdakı insanların araya girməsi ilə yarımmüdafiəçi ilə dostu ordan uzaqlaşdırılıb, azarkeşi isə çətinliklə sakitləşdirmək mümkün olub.

 

Qeyd edək ki, bir neçə ay əvvəl Gökhan Törə bir gecə klubunda dava etdikdən sonra silahlı hücuma məruz qalmış və yaralanmışdı.

0