[b]Argentinanın narazı qaldığı hakim çilili qızlarla [/b]
28.06.2016 - 14:45
[b]Argentinanın narazı qaldığı hakim çilili qızlarla [/b]

Amerika Kuboku-2016 turnirinin finalını idarə etmiş braziliyalı hakim Heber Lopesin şok yaradacaq fotoları ortaya çıxıb. Apasport.az fanatik.com.tr saytına istinadən xəbər verir ki, bu, Çili və Argentina yığmaları arasında keçirilmiş həlledici qarşılaşmadan sonra baş verib.

 

Matçın ilk hissəsində, konkret olaraq, 28-ci dəqiqədə Çilinin müdafiəçisi Marselo Diası meydandan qovan Lopes 43-cü dəqiqədə argentinalı futbolçu Markos Roxoya qırmızı vərəqə göstərmişdi. Onun xüsusilə Roxonu meydandan qovması müzakirələrə səbəb olmuşdu. Argentinalı azarkeşlər bu qərardan sonra çılğınlaşaraq, referiyə etirazlarını bildirmişdilər. 

 

Oyundan sonra isə referinin oteldə çilili qızlarla çəkdirdiyi çılpaq şəkillər yayılıb. Qalmaqal yaradan bu fotolar argentinalı futbolsevərləri daha da özündən çıxarıb.

 

Qeyd edək ki, Amerika Kubokunun finalında Argentinanı penaltilər seriyasında məğlub edən Çili yığması turnirin qalibi olmuşdu.

 

0