Qadın voleybolçular arasında Avropa Liqasının yarımfinal mərhələsinin yekununa əsasən statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışda ən yaxşılar arasında Azərbaycan millisinin də oyunçuları yer alıblar.
Belə ki, mövsümdə indiyədək 8 görüşün 24 setində meydanda olan Polina Rəhimova bombardirlik mübarizəsində birincidi. Onun əsas izləyicilərinin yarışı dayandırdığını nəzərə alsaq, hücumçumuzun birinci olacağı gözləniləndi.
Yana Kulan da eys sayına görə liderdi. O, 21 hissədə rəqibdən 21 xalı mübarizəsiz alıb. Bu nominasiyada Kulandan 1 xal geri qalan Rəhimova ikincidi. Həmçinin, top qəbulunda Valeriya Məmmədova və toppaylayıcıların yarışında Şəfaqət Həbibova da cəmi 1 rəqibdən geri qalıb.
Faiq Qarayevin komandası yalnız blokda axsayır. Bu mövqedə millimizin əsas voleybolçusu Kseniya Poznyak 12-ci yerdə qərarlaşıb.
Lakin rəqiblərlə müqayisədə yığmamızın finalda da oynayacağını nəzərə alsaq, çox güman ki, “simvolik komanda”nın əksəriyyətini təmsilçilərimiz təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan finalda Slovakiya ilə üz-üzə gələcək.
Ən çox xal toplayanlar
|
Ölkə |
Oyun sayı |
Set sayı |
Topladığı xal |
1. Polina Rəhmova |
Azərbaycan |
8 |
24 |
125 |
2. Erblira Biçi |
Albaniya |
6 |
27 |
122 |
3. Elena Kazaute |
Fransa |
6 |
26 |
110 |
Ən yaxşı blokçular
|
Ölkə |
Oyun sayı |
Set sayı |
Topladığı xal |
1. Yaroslava Pencova |
Slovakiya |
7 |
29 |
29 |
2. Ana Otoseviç |
Monteneqro |
6 |
22 |
23 |
3. Tina Qrudina |
Sloveniya |
8 |
28 |
23 |
...12. Kseniya Poznyak |
Azərbaycan |
8 |
28 |
15 |
Ən yaxşı top qəbul edənlər
|
Ölkə |
Oyun sayı |
Set sayı |
Düzgün qəbul (faizlə) |
1. Elena Kazaute |
Fransa |
6 |
26 |
35,58 |
2. Valeriya Məmmədova |
Azərbaycan |
8 |
28 |
34,78 |
3. Alba Sançes |
İspaniya |
6 |
24 |
31,37 |
Topu oyuna ən yaxşı daxil edənlər
|
Ölkə |
Oyun sayı |
Set sayı |
Topladığı xal |
1. Yana Kulan |
Azərbaycan |
6 |
21 |
21 |
2. Polina Rəhimova |
Azərbaycan |
8 |
24 |
20 |
3. Yuliya Tvardovska |
Polşa |
6 |
27 |
18 |
Ən yaxşı toppaylayıcılar
|
Ölkə |
Oyun sayı |
Set sayı |
Əla ötürmə (faizlə) |
1. Evgeniya Milivoyeviç |
Monteneqro |
3 |
10 |
45,90 |
2. Şəfaqət Həbibova |
Azərbaycan |
5 |
18 |
38,79 |
3. Sara Naydiç |
Sloveniya |
8 |
28 |
38,14 |