[b]Diniyev “Daçiya”nın prezidentini vurdu[/b] -[b] FOTOSESSİYA[/b]
28.06.2016 - 21:27
[b]Diniyev “Daçiya”nın prezidentini vurdu[/b] -[b] FOTOSESSİYA[/b]

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində hazırda davam edən “Kəpəz” – “Daçiya” matçında gərgin anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, insident Gəncə klubunun futbolçusu Kərim Diniyevlə qonaqların prezidenti arasında baş verib.

 

Belə ki, Nicat Qurbanovun zədələnərək yerdə qalmasına məhəl qoymayan moldovalılar topu çıxarmayıblar. Buna etirazını bildirən Kərim Diniyev isə topu uzaqlaşdırarkən, onu “Daçiya”nın prezidenti Aldan Şişxanova vurub.

 

Bu zaman Kişinyov təmsilçisinin rəhbəri Kərimə etirazını bildirib. Diniyev isə bunu cavabsız qoymayıb. Nəticədə arada söz davası yaranıb. Sonra Kərim Şişxanova yaxınlaşaraq, məsələni böyütməməyi xahiş edib.

 

Daha sonra isə Kərimin atası Şahin Diniyev Şişxanova yaxınlaşaraq, onun sakitləşməsini istəyib.

0