[b]Daha bir ulduz futbolçu yığma ilə vidalaşdı[/b] - FOTO
29.06.2016 - 14:53
[b]Daha bir ulduz futbolçu yığma ilə vidalaşdı[/b] - FOTO

“Porto”nun qapıçısı İker Kasilyas bir daha İspaniya millisinin formasını geyinməyəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı qolkiper milli karyerasını başa vurub.

 

Bu barədə təcrübəli çərçivə qoruyucusunun özü “Twitter” səhifəsində məlumat yayıb. “Fəxr edirəm ki, xalqın sevgisini bu gün və həmişə hiss edirəm” cümləsini yazan Kasilyas yığma ilə vidalaşdığını açıqlayıb. 

 

Qeyd edək ki, Kasilyas İspaniya millisində keçirdiyi oyun sayına görə rekordçudu. O, 167 dəfə “qırmızı furiya”nın formasını geyinib. İspaniya yığması ilə 2 dəfə Avropa, 1 dəfə isə dünya çempionu adını qazanan Kasilyas AÇ-2016-ya yollansa da, turnirin heç bir matçında meydana çıxmayıb.

 

0