[b]Rio-2016: Yığmamız son hazırlıqlar üçün ABŞ-a yollanır[/b]
29.06.2016 - 15:37
[b]Rio-2016: Yığmamız son hazırlıqlar üçün ABŞ-a yollanır[/b]

Kişi boksçulardan ibarət Azərbaycan millisi Rio-2016-ya hazırlığın son mərhələsini ABŞ-da keçəcək. Apasport.az saytının məlumatına görə, ilk dəfə Olimpiadada tam heyətlə təmsil olunacaq komandamız bu məqsədlə sabah Kolorado-Sprinqs şəhərinə yola düşəcək.

 

3 həftə davam edəcək təlim-məşq toplanışına lisenziya qazanan boksçularımız - Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Abdulqadir Abdulayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) daxil edilib.

0