[b]"Məndən komanda üçün oynamağımı tələb etdi” – Kastilyo[/b]
01.07.2016 - 15:30
[b]"Məndən komanda üçün oynamağımı tələb etdi” – Kastilyo[/b]

“Qapalı və çətin oyun oldu. Açığı, “Neftçi”də ilk görüşüm olduğundan, “Mineros”da sərgilədiyim futbolu tam göstərə bilmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Edson Kastilyo deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” dünən Maltada “Baltsan” klubuna 2:0 hesabı ilə qalib gəlib. Bu görüşdə venesuelalı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində ilk rəsmi oyununu keçirib.

 

Matçdan sonra ölkəsinin mətbuatına açıqlama verən Kastilyo debüt oyununu dəyərləndirib. O, “Baltsan” üzərindəki qələbəni ona dəstək olan insanlara həsr edib: “Baş məşqçi məndən topu özümdə çox saxlamamağı, komanda üçün oynamağı tələb etdi. Çünki rəqib bu sarıdan boşluqlar buraxırdı. Avropa Liqasında ilk oyunumu keçirdim. Bu anda insanın beynindən çox fikir keçir və nə deyəcəyini bilmirsən. Çünki hansı hissləri keçirdiyini sözlə ifadə etməkdə çətinlik çəkirsən. Mənə dəstək olan insanları xatırladım. Qələbəni burda olmağıma, Avroliqada oyun keçirməyimə kömək edənlərə həsr edirəm”.

 

Qeyd edək ki, “Neftçi” və “Baltsan” arasındakı cavab görüşü iyulun 7-də Bakıda keçiriləcək. 

0