[b]Nicat Rəhimov ölkə prezidenti ilə görüşdü, yığmanın bayraqdarı taekvondoçu oldu - FOTO[/b]
04.07.2016 - 15:24
[b]Nicat Rəhimov ölkə prezidenti ilə görüşdü, yığmanın bayraqdarı taekvondoçu oldu - FOTO[/b]

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb. Apasport.az saytının məlumatına görə, bu, ölkə rəhbərinin Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların qəbulu zamanı olub.

 

Belə ki, Nazarbayev Olimpiadada iştirak hüququ qazanan 102 idmançıdan 35-ini qəbul edib. Bu atletlər sırasında Azərbaycan yığmasından imtina edərək, Qazaxıstan millisini seçən dünya çempionu Rəhimov da olub. Prezident yığmada yer alan idmançılara inandığını vurğulayaraq, onlara uğurlar arzulayıb.

 

Görüşdə səmimi söhbətlə yanaşı, ölkənin bayraqdarının da adını açıqlanıb. Bildirilib ki, Braziliyada Qazaxıstan millisinin bayraqdarı 20 yaşlı taekvondoçu Ruslan Japarov olacaq.  

0