[b]FİDE rəsmiləri Bakıda - FOTO[/b]
15.07.2016 - 15:44
[b]FİDE rəsmiləri Bakıda - FOTO[/b]

 Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov paytaxtımızda səfərdə olan FİDE rəsmiləri ilə görüşüb. Apasport.az saytının xəbərinə görə, “Kristal Zal”da baş tutan işçi qrupunun iclasında FİDE-nin vitse-prezidenti İzrael Gelfer, FİDE prezidentinin köməkçisi Berik Balqabayev iştirak edib . 

 

Görüş zamanı mötəbər yarışa hazırlığın son mərhələsi müzakirə edilib. İclasda iştirakçıların qeydiyyatı, yerləşdirilməsi, mətbuat mərkəzinin fəaliyyəti, olimpiada zamanı partiyaların rəsmi saytda canlı yayımlanması barədə fikir mübadiləsi aparılıb. Qonaqlar həm də Bakıda keçiriləcək FİDE-nin 87-ci Konqresinin təşkilati işləriylə maraqlanıb və görülən işləri yüksək qiymətləndirib. 

 

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti 

0