“Qəbələ” ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.
2015-ci yayından “qırmızı-qara” forma geyinən Antonov 2015-2016-cı illər mövsümündə əyalət təmsilçisinin şərəfini qoruyub. Aleksey “Qəbələ”də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib, 8 qol vurub.
Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb.