[b]“Lill” – “Qəbələ” oyununun başlama vaxtı açıqlandı[/b]
22.07.2016 - 12:12
[b]“Lill” – “Qəbələ” oyununun başlama vaxtı açıqlandı[/b]

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki ilk oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin Fransanın “Lill” klubu ilə iyulun 28-də keçiriləcək ilk qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma Lill şəhərindəki 50186 tamaşaçı tutumuna malik “Stad Pyer Morua” arenasında baş tutacaq.

 

Qeyd edək ki, “Qəbələ” və “Lill” arasında cavab oyunu avqustun 4-də Bakıda keçiriləcək.

 

0