Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması istiqamətindəki qalib olan mövzusunu davam etdirir. Sırf ölkədaxili yarışları əhatə edən 12 yazıdan əvvəlki doqquzu çempionata həsr olunmuşdusa, bu dəfə kubok yarışlarına nəzər salacağıq. Turnirin 24 illik tarixində iştirakçı komandalar, oyun, qol sayını dəqiqləşdirib, ən məhsuldar oyunlar və cütləri müəyyən edəcəyik.
“Qarabağ”sız start
Azərbaycan kubokunun startından danışarkən tarixə də nəzər salmaq lazımdı. 1936-1991-ci illərdə ölkəmizin klubları iki fərqli kubok üçün mübarizə aparırdı. SSRİ çempionatının yüksək liqalarında çıxış edənlər ittifaq kuboku üçün “vuruşurdusa”, digərləri respublika kubokunun qalibini müəyyənləşdirirdi. AFFA-nın yaranıb, ilk çempionatı təşkil etdiyi 1992-ci ildə həmin iki müxtəlif kubok yarışını, demək olar ki, birləşdirmək lazım gəldi. Fərqli cəbhələrdə çıxış edən komandalar artıq vahid turnirdə oynayırdı. Çempionatda 26 komandanın oynaması, təqvimin sıxlığı kuboku qısa müddətdə və az komandanın iştirakı ilə keçirməyi zəruri edirdi. Elə buna görə də 1-ci Azərbaycan kuboku cəmi 12 komandanın iştirakı ilə baş tutdu və hər mərhələnin duelləri bir matçdan ibarət oldu. 4 cüt 1/8 finalda qarşılaşıb, növbəti mərhələdə gözləyən 4 iştirakçının rəqiblərini müəyyənləşdirməli idi. 2 birinci liqa klubunun da mübarizə apardığı, iştirakçılarından 5-nin paytaxtı təmsil etdiyi yarışın diqqətçəkən məqamlarından biri çempionatda iddialılardan sayılan “Qarabağ”ın ilk kuboka qatılmamasıdı. Turnirə gəlincə, Neftçala “Pambıqçı”sının futbolçusu Elnur Əsgərov “Nicat”la görüşdə hesabı açaraq, ölkə kuboku tarixinə ilk qolun müəllifi kimi düşüb. Sonda çempionatın qızıl və gümüş mükafatçısı olan “Neftçi” və Sumqayıt “Xəzər”ini mübarizədən kənarlaşdıran Bakı “İnşaatçı”sı isə finalda da “Kür”ü üstələyib, ilk turnirin qalibi kimi tarixə düşüb.
Hardasan, 1993/94 mövsümü?
İlk turnirdə iştirakçı sayının azlığı yarışın qısa müddətdə keçirilməsi ilə bağlı idi ki, artıq növbəti mövsümlərdə belə müşahidə olunmurdu. Bunun nəticəsi idi ki, 1993-cü ildə 40, 1993/94 mövsümündə 45 komanda mükafat üçün mübarizəyə qoşuldu. Düzdü, 3-cü kubokda püşkatmada rəqibi bəlli olan klublardan 4-ü sonradan meydana çıxmadı. Buna baxmayaraq, püşkdə iştirak etdiyi üçün texniki məğlubiyyət almalı olan həmin klublarla birgə iştirakçı sayı 45 kimi qəbul olunur. Bu da Azərbaycan kuboku tarixinin rekordudu. Əslində “40”ı fəth etmək 1993-cü ildə startı verilən iki turnirdən başqa heç vaxt mümkün olmayıb. Lakin daha 3 dəfə kubokda 1/32 finala ehtiyac olub. 1995/96 və 1996/97 mövsümlərində 32-dən çox iştirakçı olsa da, sonradan bu rəqəm azala-azala gedib. AFFA rəhbərliyindəki dəyişikliklərdən sonra 2004-cü ildən başlayaraq, bu say yenidən artmağa meyllənib. 2006/07 mövsümündə isə tarixdə 5-ci və sonuncu dəfə 1/32 final mərhələsi keçirilib. Bəzi mənbələr 1/16 finaldan əvvəlki raundu ilkin mərhələ kimi də qəbul edir və bunu 32 cütün olmaması ilə bağlayır. Lakin faktiki olaraq, bu 1/32 finala bərabər mərhələdi. Komandaların sayı baxımından antirekord isə 2014/15 mövsümündə qeydə alınıb. İki il öncəki yarışa cəmi 18 klub qatılıb.
mövsüm |
İştirakçı sayı |
1992 |
12 |
1993 |
40 |
1993/94 |
45 |
1994/95 |
28 |
1995/96 |
38 |
1996/97 |
34 |
1997/98 |
28 |
1998/99 |
25 |
1999/2000 |
19 |
2000/01 |
24 |
2001/02 |
19 |
2003/04 |
21 |
2004/05 |
26 |
2005/06 |
29 |
2006/07 |
35 |
2007/08 |
32 |
2008/09 |
18 |
2009/10 |
20 |
2010/11 |
22 |
2011/12 |
21 |
2012/13 |
21 |
2013/14 |
20 |
2014/15 |
18 |
2015/16 |
19 |
Üçüncü “Səbail”
Bir neçə gün öncə Bakıda yeni klub yaradıldı. I divizionda oynayacaq, böyük ehtimalla elə kuboka da qatılacaq həmin komandanın adının “Səbail” olması tarixi baxımdan daha çox diqqət çəkir. Məsələ ondadı ki, bu komanda Azərbaycanda eyni şəhəri təmsil edən 3-cü “Səbail”di. Hər üç komanda Bakını təmsil etdiyindən onları qarışdırmamaq asan deyil. Birinci “Səbail” 1995-ci ilədək bu adla çıxış edib, sonradan “Fərid”ə çevrilib. Elə həmin il başqa “Səbail” yaradılıb və bir neçə ilə yaşayıb. Həmin klublardan heç birinin varisi olmayan yeni “Səbail” bu adda 3-cü komandadı.
Bu mövzuya təsadüfi toxunmadıq. Ölkə futbolunda adaş klublar, addəyişmələr o qədər olub ki, kubok iştirakçılarının ümumi sayını dəqiqləşdirmək çətin məsələyə çevrilib. Daha doğrusu, bu məsələdə fikir ayrılıqları müxtəliflik yaradır. AMMK klubunun varisi olan “Olimpik” və “Olimipik-Şüvəlan” adları ilə də çıxış edən bugünkü AZAL-ın ötən əsrin 90-cı illərində aşağı dəstə və kubokda çıxış etmiş AZAL-la heç bir əlaqəsi yoxdu. Hər iki komanda Bakını təmsil etsə də, onları bağlayan tel tapmaq mümkün deyil. Amma bu işin dərinliyindən xəbərsiz olanların iki fərqli AZAL-ın göstəricilərini eyni komandaya sayması mümkündü. Həmçinin 1995-ci ildəki Xanlar “Göy-Göl”ü sonradan “Qəbələ”yə çevrilən Xanların 1-ci “Göy-Göl”ü ilə eyni klub sayılsa da, faktiki başqa komandalardı. “Xəzər”, “Kimyaçı” adları ilə yanaşı bir müddət “Sumqayıt” adlanan klub isə indiki “Sumqayıt”ın varisi deyil. Kubokda bir neçə, fərqli, bağlılığı olmayan “Abşeron”lar, “Qaradağ”lar da olub. Onların fərqini yalnız statistika ilə dərindən məşğul olanlar bilir. Bu üzdən səriştəsizlərin bu yöndə hesablamaları səhvlərə yol açır. Addəyişmələrə gəldikdə isə qeyd etdiyimiz 4 adı olan AZAL kimi tez-tez dəyişənlər həddindən artıq çox olub. Əslində 1-2 mövsümlük komandaları saymasaq, eyni ad altında çıxış edən klubları barmaqla saymaq olar. Əgər qeyd etdiyimiz tipli bütün çətinlikləri mümkün qədər həll etsək, indiyədək 149 komandanın kubokda çıxış etdiyini deyə bilərik. Onlar arasında bəzi klubların ikinci komandaları - əvəzediciləri, həmçinin yığmalar da olub.
Sıfır, bir, yoxsa iki?
Ötən yazımızda Azərbaycan çempionatlarındakı mübahisəli məqamlara toxunmuşduq. Amma kubok yarışlarında da belə məsələlər az deyil. Bunlardan biri və adlar qədər önəmlisi yuxarıda qeyd etdiyimiz 149 klubun yer aldığı ümumi balansın tərtibi ilə bağlıdı. Söhbət baş tutmayan duellərdən gedir. Məsələn, hansısa komanda ya püşkdən sonra yarışa qatılmaqdan imtina edir, ya da dağıldığı üçün mübarizədən çəkilir. Belə vəziyyətdə statistiklər üç yol ayrıcında qalır. Birincisi bu cütün matçlarını nəzərə almamaq, ikincisi komandaya texniki məğlubiyyət verməkdi ki, bunun özü də iki qola ayrılır. Bəziləri bir, bəziləri isə iki dəfə qarşılaşmalı olan cütün hər iki matçında texniki nəticənin hesablanması. Bu yöndə FİFA, UEFA tipli sanballı qurumun və vahid qaydaların olmaması hər üç varianta üstünlük verənlərin və bunu əsaslandıranların fikirlərinə hörmətlə yanaşmaq zərurəti yaradır. Amma 3-cü sonuncu varianta – yəni püşkdən sonra keçirilməli olan hər qarşılaşmaya görə texniki nəticənin hesablanmalı olduğunu daha ədalətli saydığımdan məhz buna uyğun balans tərtib etmişik. Təbii ki, texniki nəticələr top fərqində əks olunmamaqla. Şərti olaraq, qələbəyə görə 3 xal prinsipi ilə qurulan balans cədvəlində klubların təmsil etdiyi şəhərin adından sonrakı * işarəsi yuxarıda qeyd olunan adaşları fərqləndirmək üçündü. Bu işarələr də şərti olaraq qoyulub.
Yer |
komanda |
O |
Q |
H |
M |
TOP |
FƏRQ |
XAL |
1. |
Neftçi (Bakı) |
145 |
84 |
32 |
29 |
238-92 |
+146 |
284 |
2. |
Qarabağ (Ağdam) |
129 |
80 |
25 |
24 |
228-84 |
+144 |
265 |
3. |
Kəpəz (Gəncə) |
89 |
54 |
14 |
21 |
167-85 |
+82 |
176 |
4. |
Bakı |
91 |
48 |
22 |
21 |
181-75 |
+106 |
166 |
5. |
İnter (Bakı) |
83 |
41 |
20 |
22 |
138-85 |
+53 |
143 |
6. |
Xəzər Lənkəran |
69 |
41 |
14 |
14 |
131-57 |
+74 |
137 |
7. |
Turan (Tovuz) |
82 |
38 |
14 |
30 |
99-81 |
+18 |
128 |
8. |
Qəbələ |
47 |
22 |
16 |
9 |
74-39 |
+35 |
82 |
9. |
Xəzər (Sumqayıt) |
43 |
22 |
10 |
11 |
70-44 |
+26 |
76 |
10. |
ANS Pivani (Bakı) |
42 |
23 |
5 |
14 |
56-41 |
+15 |
74 |
11. |
Şəmkir |
46 |
21 |
9 |
16 |
69-44 |
+25 |
72 |
12. |
Kür-Nur (Mingəçevir) |
38 |
20 |
6 |
12 |
66-46 |
+20 |
66 |
13. |
Şəfa (Bakı) |
38 |
18 |
10 |
10 |
96-49 |
+47 |
64 |
14. |
Viləş (Masallı) |
38 |
16 |
8 |
14 |
45-51 |
–6 |
56 |
15. |
MOİK (Bakı) |
59 |
16 |
8 |
35 |
52-91 |
–39 |
56 |
16. |
AZAL (Bakı)** |
40 |
15 |
10 |
15 |
45-38 |
+7 |
55 |
17. |
Bakılı |
44 |
15 |
9 |
20 |
45-72 |
–27 |
54 |
18. |
Xəzri (Buzovna) |
30 |
16 |
3 |
11 |
42-24 |
+18 |
51 |
19. |
Xəzər (Lənkəran) |
33 |
15 |
4 |
14 |
48-74 |
–26 |
49 |
20. |
Simurq (Zaqatala) |
29 |
13 |
9 |
7 |
50-18 |
+32 |
48 |
21. |
Şahdağ (Qusar) |
47 |
14 |
6 |
27 |
52-88 |
–36 |
48 |
22. |
MKT-Araz (İmişli) |
29 |
13 |
7 |
9 |
47-28 |
+19 |
46 |
23. |
Gənclərbirliyi (Sumqayıt) |
24 |
13 |
3 |
8 |
49-33 |
+16 |
42 |
24. |
Karvan (Yevlax) |
29 |
11 |
8 |
10 |
45-32 |
+13 |
41 |
25. |
İnşaatçı (Bakı) |
21 |
11 |
5 |
5 |
31-29 |
+2 |
38 |
26. |
Fərid (Bakı) |
20 |
11 |
3 |
6 |
21-12 |
+9 |
36 |
27. |
Pambıqçı (Bərdə) |
22 |
9 |
2 |
11 |
30-17 |
+13 |
29 |
28. |
Pambıqçı (Neftçala) |
22 |
8 |
5 |
9 |
34-44 |
–10 |
29 |
29. |
Azneftyağ (Bakı) |
14 |
7 |
3 |
4 |
21-15 |
+6 |
24 |
30. |
Göyəzən (Qazax) |
30 |
6 |
6 |
18 |
15-15 |
= |
24 |
31. |
İnşaatçı (Sabirabad) |
11 |
7 |
1 |
3 |
32-16 |
+16 |
22 |
32. |
Rəvan (Bakı) |
17 |
6 |
3 |
8 |
20-30 |
–10 |
21 |
33. |
Ümid (Cəlilabad) |
16 |
6 |
2 |
8 |
19-30 |
–11 |
20 |
34. |
Qum adası |
20 |
6 |
2 |
12 |
15-24 |
–9 |
20 |
35. |
Plastik (Salyan) |
16 |
6 |
1 |
9 |
16-30 |
–14 |
19 |
36. |
Qaradağ-Lökbatan |
16 |
6 |
1 |
9 |
23-38 |
–15 |
19 |
37. |
Masallı |
10 |
6 |
0 |
4 |
10-9 |
+1 |
18 |
38. |
Standard (Sumqayıt) |
14 |
5 |
3 |
6 |
19-23 |
–4 |
18 |
39. |
Energetik (Əli-Bayramlı) |
10 |
5 |
2 |
3 |
17-14 |
+3 |
17 |
40. |
Azərsun (Bakı) |
8 |
4 |
2 |
2 |
5-4 |
+1 |
14 |
41. |
MKT-Araz-2 (İmişli) |
6 |
4 |
0 |
2 |
12-11 |
+1 |
12 |
42. |
Neftqaz (Bakı) |
10 |
4 |
0 |
6 |
14-27 |
–13 |
12 |
43. |
ABN-Bərdə |
10 |
3 |
2 |
5 |
13-18 |
–5 |
11 |
44. |
Avtomobilçi (Yevlax) |
10 |
3 |
2 |
5 |
9-16 |
–7 |
11 |
45. |
Lokomotiv (İmişli) |
10 |
3 |
2 |
5 |
7-17 |
–10 |
11 |
46. |
Neftçala |
20 |
3 |
2 |
15 |
9-37 |
–28 |
11 |
47. |
Zabrat |
6 |
3 |
1 |
2 |
6-6 |
= |
10 |
48. |
Çeşmə (Lənkəran) |
6 |
3 |
0 |
3 |
8-10 |
–2 |
9 |
49. |
Real (Bakı) |
6 |
3 |
0 |
3 |
6-13 |
–7 |
9 |
50. |
Dəniz neftçiləri (Zirə) |
6 |
3 |
0 |
3 |
10-21 |
–11 |
9 |
51. |
Şirvan (Şamaxı) |
8 |
3 |
0 |
5 |
9-13 |
–4 |
9 |
52. |
Energetik (Mingəçevir) |
12 |
3 |
0 |
9 |
11-27 |
–16 |
9 |
53. |
Metallurq (Sumqayıt) |
6 |
2 |
2 |
2 |
7-12 |
–5 |
8 |
54. |
Xəzər Lənkəran-2 |
10 |
2 |
2 |
6 |
9-18 |
–9 |
8 |
55. |
Ədliyyə (Bakı) |
14 |
2 |
2 |
10 |
10-36 |
–26 |
8 |
56. |
LDU Xəzər (Lənkəran) |
4 |
2 |
1 |
1 |
10-14 |
–4 |
7 |
57. |
Qarabağ-2 (Ağdam) |
6 |
2 |
1 |
3 |
13-6 |
+7 |
7 |
58. |
Avey (Ağstafa) |
6 |
2 |
1 |
3 |
5-10 |
–5 |
7 |
59. |
Şilavar (Lənkəran) |
6 |
2 |
1 |
3 |
10-16 |
–6 |
7 |
60. |
Sumqayıt Şəhər |
8 |
2 |
1 |
5 |
6-14 |
–8 |
7 |
61. |
Daşqın (Zaqatala) |
8 |
2 |
1 |
5 |
7-19 |
–12 |
7 |
62. |
Çinar (Göyçay) |
10 |
2 |
1 |
7 |
8-33 |
–25 |
7 |
63. |
Kürmük (Qax) |
11 |
2 |
1 |
8 |
21-20 |
+1 |
7 |
64. |
Şirvan (Ağdaş) |
14 |
2 |
1 |
11 |
16-30 |
–14 |
7 |
65. |
Ehtiyat Əmək Qüvvələri (Bakı) |
4 |
2 |
0 |
2 |
9-2 |
+7 |
6 |
66. |
Arzu (Tərtər) |
4 |
2 |
0 |
2 |
0-0 |
= |
6 |
67. |
Bərəkət (Dəvəçi) |
4 |
2 |
0 |
2 |
1-2 |
–1 |
6 |
68. |
Narzan (Gədəbəy) |
4 |
2 |
0 |
2 |
5-13 |
–8 |
6 |
69. |
Karat (Bakı) |
6 |
2 |
0 |
4 |
6-9 |
–3 |
6 |
70. |
Şuşa |
6 |
2 |
0 |
4 |
9-17 |
–8 |
6 |
71. |
Azəri (Bakı) |
7 |
2 |
0 |
5 |
6-12 |
–6 |
6 |
72. |
HHQ İK (Bakı) |
8 |
2 |
0 |
6 |
10-27 |
–17 |
6 |
73. |
İnter-2 (Bakı) |
8 |
2 |
0 |
6 |
3-24 |
–21 |
6 |
74. |
Araz (Naxçıvan) |
9 |
1 |
3 |
5 |
4-4 |
= |
6 |
75. |
Abşeron (Bakı-2)** |
4 |
1 |
2 |
1 |
5-2 |
+3 |
5 |
76. |
Ümid (Bakı) |
6 |
1 |
2 |
3 |
3-5 |
–2 |
5 |
77. |
Çıraqqala (Siyəzən) |
9 |
1 |
2 |
6 |
9-15 |
–6 |
5 |
78. |
AZAL (Bakı)* |
12 |
1 |
2 |
9 |
5-24 |
–19 |
5 |
79. |
Məşəl (Bakı) |
4 |
1 |
1 |
2 |
4-4 |
= |
4 |
80. |
Lider-Qarabağ (Ağdam) |
4 |
1 |
1 |
2 |
5-23 |
–18 |
4 |
81. |
Naxçıvan |
6 |
1 |
1 |
4 |
7-13 |
–6 |
4 |
82. |
Sahil (Bakı) |
6 |
1 |
1 |
4 |
9-16 |
–7 |
4 |
83. |
Şəfa-2 (Bakı) |
6 |
1 |
1 |
4 |
2-10 |
–8 |
4 |
84. |
Gənclik (Sumqayıt) |
6 |
1 |
1 |
4 |
4-22 |
–18 |
4 |
85. |
Şahdağ (Quba) |
12 |
1 |
1 |
10 |
7-31 |
–24 |
4 |
86. |
Neftqaz (Zirə) |
2 |
1 |
0 |
1 |
2-0 |
+2 |
3 |
87. |
Turan Tovuz |
2 |
1 |
0 |
1 |
4-4 |
= |
3 |
88. |
Çinar PA (Şüvəlan) |
2 |
1 |
0 |
1 |
2-5 |
–3 |
3 |
89. |
Qaradağ (Lökbatan) |
2 |
1 |
0 |
1 |
5-9 |
–4 |
3 |
90. |
Tərəqqi (Gəncə) |
3 |
1 |
0 |
2 |
3-7 |
–4 |
3 |
91. |
Mil-Muğan (İmişli) |
3 |
1 |
0 |
2 |
5-11 |
–6 |
3 |
92. |
Şəfəq (Samux) |
4 |
1 |
0 |
3 |
1-4 |
–3 |
3 |
93. |
Abşeron (Bakı)* |
4 |
1 |
0 |
3 |
4-7 |
–3 |
3 |
94. |
Zirə |
4 |
1 |
0 |
3 |
4-9 |
–5 |
3 |
95. |
Qobustan |
4 |
1 |
0 |
3 |
9-18 |
–9 |
3 |
96. |
Qafqaz Universiteti (Bakı) |
4 |
1 |
0 |
3 |
2-14 |
–12 |
3 |
97. |
Dinamo (Astara) |
4 |
0 |
2 |
2 |
4-9 |
–5 |
2 |
98. |
Şərurspor (Bakı) |
1 |
0 |
1 |
0 |
3-3 |
= |
1 |
99. |
Qafqaz (Balakən) |
2 |
0 |
1 |
1 |
2-2 |
= |
1 |
100. |
Gənclik (Yevlax) |
2 |
0 |
1 |
1 |
1-1 |
= |
1 |
101. |
Babək (Lənkəran) |
2 |
0 |
1 |
1 |
3-3 |
= |
1 |
102. |
Yeni Yevlax |
2 |
0 |
1 |
1 |
2-4 |
–2 |
1 |
103. |
Siyəzən-Broyler |
2 |
0 |
1 |
1 |
1-4 |
–3 |
1 |
104. |
Saf (Bakı) |
2 |
0 |
1 |
1 |
1-4 |
–3 |
1 |
105. |
Babək-44 Bakı) |
2 |
0 |
1 |
1 |
2-14 |
–12 |
1 |
106. |
Mil (Beyləqan) |
4 |
0 |
1 |
3 |
1-6 |
–5 |
1 |
107. |
Pambıqçı (Zərdab) |
4 |
0 |
1 |
3 |
2-7 |
–5 |
1 |
108. |
Muğan (Salyan) |
8 |
0 |
1 |
7 |
6-25 |
–19 |
1 |
109. |
Şəfa (Naftalan) |
2 |
0 |
0 |
2 |
0-0 |
= |
0 |
110. |
Göytəpə |
2 |
0 |
0 |
2 |
0-0 |
= |
0 |
111. |
Göy-Göl (Xanlar) |
2 |
0 |
0 |
2 |
0-0 |
= |
0 |
112. |
Ağrıdağ (Gəncə) |
2 |
0 |
0 |
2 |
0-0 |
= |
0 |
113. |
Şahin (Şəki) |
2 |
0 |
0 |
2 |
0-0 |
= |
0 |
114. |
Rəvan (Mehdiabad) |
2 |
0 |
0 |
2 |
1-2 |
–1 |
0 |
115. |
Suqovuşan (Sabirabad) |
4 |
0 |
0 |
4 |
1-2 |
–1 |
0 |
116. |
Bozqurd (Samux) |
2 |
0 |
0 |
2 |
0-2 |
–2 |
0 |
117. |
Zəfəran (Bilgəh) |
2 |
0 |
0 |
2 |
1-3 |
–2 |
0 |
118. |
Mağara (Zaqatala) |
2 |
0 |
0 |
2 |
2-4 |
–2 |
0 |
119. |
Qala (Bakı) |
1 |
0 |
0 |
1 |
2-4 |
–2 |
0 |
120. |
Azəri-2 (Bakı) |
2 |
0 |
0 |
2 |
3-6 |
–3 |
0 |
121. |
Şərabçı (Xaçmaz) |
2 |
0 |
0 |
2 |
0-3 |
–3 |
0 |
122. |
Samux |
2 |
0 |
0 |
2 |
3-6 |
–3 |
0 |
123. |
Gənclik (Şəki) |
2 |
0 |
0 |
2 |
1-5 |
–4 |
0 |
124. |
Gənclik (Hacıqabul) |
2 |
0 |
0 |
2 |
4-8 |
–4 |
0 |
125. |
Muğan (Sabirabad) |
2 |
0 |
0 |
2 |
1-5 |
–4 |
0 |
126. |
Şahdağ-2 (Qusar) |
2 |
0 |
0 |
2 |
2-7 |
–5 |
0 |
127. |
Turan-2 (Tovuz) |
4 |
0 |
0 |
4 |
1-7 |
–6 |
0 |
128. |
Gənclərbirliyi-2 (Sumqayıt) |
2 |
0 |
0 |
2 |
2-8 |
–6 |
0 |
129. |
Standard-2 (Bakı) |
2 |
0 |
0 |
2 |
1-7 |
–6 |
0 |
130. |
Ağsu |
3 |
0 |
0 |
3 |
1-7 |
–6 |
0 |
131. |
Bibiheybət |
2 |
0 |
0 |
2 |
3-10 |
–7 |
0 |
132. |
Səbail (Bakı) |
2 |
0 |
0 |
2 |
2-9 |
–7 |
0 |
133. |
Şəki |
2 |
0 |
0 |
2 |
1-8 |
–7 |
0 |
134. |
GEN (Bakı) |
2 |
0 |
0 |
2 |
1-8 |
–7 |
0 |
135. |
Ərgünəş (Füzuli) |
2 |
0 |
0 |
2 |
2-10 |
–8 |
0 |
136. |
Qara bəbir (Beyləqan) |
2 |
0 |
0 |
2 |
0-8 |
–8 |
0 |
137. |
Şəhriyar (Biləsuvar) |
2 |
0 |
0 |
2 |
1-9 |
–8 |
0 |
138. |
Ədliyyə-2 (Bakı) |
2 |
0 |
0 |
2 |
3-11 |
–8 |
0 |
139. |
Xocavənd |
2 |
0 |
0 |
2 |
1-9 |
–8 |
0 |
140. |
Karvan-2 (Yevlax) |
2 |
0 |
0 |
2 |
0-9 |
–9 |
0 |
141. |
Dinamo-2 (Bakı) |
2 |
0 |
0 |
2 |
0-10 |
–10 |
0 |
142. |
Qaradağ |
2 |
0 |
0 |
2 |
0-12 |
–12 |
0 |
143. |
Lokomotiv (Bakı) |
4 |
0 |
0 |
4 |
2-14 |
–12 |
0 |
144. |
Qartal-95 (Bakı) |
4 |
0 |
0 |
4 |
1-14 |
–13 |
0 |
145. |
Naftalan |
2 |
0 |
0 |
2 |
1-14 |
–13 |
0 |
146. |
Rote-Fahne (Tovuz) |
4 |
0 |
0 |
4 |
3-16 |
–13 |
0 |
147. |
Bakı-2 |
4 |
0 |
0 |
4 |
0-13 |
–13 |
0 |
148. |
Neftçi-2 (Bakı) |
6 |
0 |
0 |
6 |
2-18 |
–16 |
0 |
149. |
Şərur (Naxçıvan) |
6 |
0 |
0 |
6 |
2-32 |
–30 |
0 |
Paytaxt derbisi və məşhurlaşan Şiman
Ölkə kubokunda qeyd ediləsi və statistikada nəzərə alınması zəruridi. Belə görüşlər isə o qədər çox olmayıb. 2005/06 mövsümündə “Xəzər Lənkəran”la “MKT-Araz”ın 1/4 final dueli iki dəfə oynanıldı. Sonuncular səfər qolu ilə (0:0, 1:1) mərhələ adlasa da, legionerinin milliləşməsi – Yevgeni Şimanın sənədləri düzgün olmadığından rəqiblər yenidən görüşdü. Bu dəfə hər iki qarşılaşma Bakıda baş tutdu və cənublular mərhələ adladı – 1:0, 0:0. Təbii ki, nəticəsi ləğv olunan iki matç nəzərə alınmamalıdı. 1996/97 mövsümündə isə “Xəzri” və “Bakı fəhləsi” 1/4 finalda 3 dəfə qarşılaşıb. Sonuncular paytaxt derbisinin ilk oyununda 1:0 qalib gəlib, ardınca eyni hesabla uduzub. 3-cü matçda da 1 qol vuran “Xəzri” 3 görüşdən sonra yarımfinala yüksəlib.
“Qol yağışı” xatirəsi
Azərbaycan kuboku tarixində 8 oyunda komandalardan biri 10 və daha çox top fərqilə qalib gəlib. Yarışın ən böyükhesablı qələbəsi isə 14:0-dı. Bu hesaba iki dəfə təsadüf olunub. Hər iki qələbə də “Şəfa”nın hesabındadı. Bakılılar hələ U-18 kimi çıxış etdiyi 1997/98 mövsümündə HHQ İK, son adı ilə isə 2003/04 mövsümündə isə “Lider Qarabağ”ı darmadağın edib. 13 il öncə qeydə alınan qol yağışının canlı şahidi olub, matçdan reportaj hazırladığımı da qeyd edim. Ən böyük səfər qələbəsi isə 2008/09 mövsümündə Qubada yerli “Şahdağ”ın, o vaxtkı “Spartak”ın qapısına 8 cavabsız qol vuran “Simurq”un hesabındadı.
Ən böyük fərqlə mərhələ keçən də “Şəfa”dı. Onlar HQQ İK-i 21 top fərqilə üstələyib – 22:1 (14:0, 8:1). 23 qolun vurulduğu oyunlar həm də ən məhsuldar cütün müəyyənləşməsinə səbəb olub.
100-ün intizarında
Məhsuldarlıqdan danışarkən ölkə kuboku tarixində baş tutan oyunların və qolların sayına da nəzər salaq. Yuxarıda qeyd etdiyimiz az komandalı ilk çempionatda cəmi 11 matç keçirilib. Sonrakı iki mövsümdə isə rekord rəqəmlər – müvafiq olaraq 75 və 70 qarşılaşma baş tutub. Son illər 1/4 finaladək cütlərin 1 dəfə görüşməsi və iştirakçıların azalması oyun sayına da təsir edib. Son üç mövsümdə üst-üstə 71 qarşılaşma, təkcə 1993-cü ildəkindən az oyun keçirilib.
Təbii ki, oyun sayı qollarda da əksini tapıb. 1993-cü ildə 248, 1993/94 mövsümündə 220 qol qeydə alınıbsa, sonradan daha iki dəfə 200 səddi aşılıb. 1995/96-da 213, 2006/07-də 229 dəfə top qapıdan keçib. 2008-ci ildən sonra isə 100 qolun vurulması da mümkün olmayıb. 10 illik intizar 180 qolun vurulduğu 2007/08 mövsümündən sonra başlayıb. Ən az qol ilk çempionata təsadüf edib - 32. Ümumilikdə isə 24 mövsümdə baş tutan 965 matçda 2929 qol vurulub.
Təbii ki, haşiyəyə çıxıb 2001/02 mövsümünü qeyd etmək lazımdı. 1/4 finalın bir neçə oyunu keçirildikdən sonra AFFA-ya qarşı qiyama qalxan klublar çempionat və kubokdan imtina etdilər. Az sonra onların mübarizəni alternativ şəkildə davam etdirib, qalibləri müəyyənləşdirməsi isə qeyri-rəsmi xarakter daşıyıb. Bu üzdən yarımçıq mövsüm elə qaldığı yerədək hesablanır.
Orta məhsuldarlığa toxunsaq 1997/98 mövsümündə 1 qol çatmayıb ki, bu rəqəm 4-ə yüksəlsin. Hər oyuna 3,98 qolun qeydə alındığı həmin kubok 1995/96-nın rekordunu da arxada qoyub – 3,67. 12 dəfə 3-dən yüksək olan məhsuldarlıq ümumi 24 illik göstəricinin də 3,04 olması ilə nəticələnib. 2010/11 və 1999/2000 mövsümündə isə ən aşağı rəqəmlər qeydə alınıb – müvafiq olaraq 2,22 və 2,23.
Mövsüm |
Baş tutan oyun |
qol |
Məhsuldarlıq |
1992 |
11 |
32 |
2,91 |
1993 |
75 |
248 |
3,31 |
1993/94 |
70 |
226 |
3,23 |
1994/95 |
46 |
151 |
3,28 |
1995/96 |
58 |
213 |
3,67 |
1996/97 |
51 |
140 |
2,75 |
1997/98 |
42 |
167 |
3,98 |
1998/99 |
37 |
115 |
3,11 |
1999/2000 |
31 |
69 |
2,23 |
2000/01 |
41 |
129 |
3,15 |
2001/02 |
21 |
68 |
3,24 |
2003/04 |
35 |
107 |
3,06 |
2004/05 |
49 |
135 |
2,76 |
2005/06 |
55 |
144 |
2,62 |
2006/07 |
65 |
229 |
3,52 |
2007/08 |
59 |
180 |
3,05 |
2008/09 |
33 |
96 |
2,91 |
2009/10 |
37 |
93 |
2,51 |
2010/11 |
27 |
60 |
2,22 |
2011/12 |
25 |
58 |
2,32 |
2012/13 |
26 |
67 |
2,58 |
2013/14 |
25 |
70 |
2,80 |
2014/15 |
22 |
53 |
2,41 |
2015/16 |
24 |
79 |
3,29 |
Cəmi |
965 |
2929 |
3,04 |
Vüqar XEYRULLAYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir