[b]“Mançester Yunayted” Poqbaya xərcləyəcəyi pulu forma satışımdan çıxaracaq”[/b]
25.07.2016 - 10:50
[b]“Mançester Yunayted” Poqbaya xərcləyəcəyi pulu forma satışımdan çıxaracaq”[/b]

“Mançester Yunayted”in yeni transferi Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az abola.pt saytına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu bu dəfə “Yuventus”un və Fransa yığmasının üzvü Pol Poqba haqda fikir səsləndirib.

 

Poqba Avropanın digər top-klubları kimi, “Mançester Yunayted”in də transfer hədəfində yer alıb. “Mankunianlar” 23 yaşlı yarımmüdafiəçinin transferinə 100 milyon avrodan çox pul xərcləməyə hazırdılar.

 

Məhz bununla bağlı danışan İbrahimoviç həmin məbləğin “Mançester Yunayted”i iflas duruma salmayacağını bildirib: “Eşitdim ki, Poqbanın qiyməti bahadı. Ancaq narahat olmağa dəyməz. “Mançester Yunayted” Poqbaya xərcləyəcəyi pulu mənim forma satışımdan geri qaytaracaq”.

 

 

0