[b]Arda “Beşiktaş”a keçir[/b]
25.07.2016 - 12:42
[b]Arda “Beşiktaş”a keçir[/b]

“Beşiktaş” Adriano Korreanın ardınca “Barselona”nın daha bir futbolçusunu heyətinə qatmağa hazırlaşır. Apasport.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, söhbət Türkiyə yığmasının da formasını geyinən Arda Turandan gedir.

 

Ardanın meneceri Ahmet Bulut məsələ ilə bağlı “Beşiktaş”ın prezidenti Fikrət Ormanla görüşüb. Söhbət əsnasında Bulut klub rəhbərliyinə “istəsəniz, 1 mövsümlük icarə üçün “Barsa” rəhbərliyini razı sala bilərəm” deyib. Onun bu sözləri Ormanı həyəcanlandırıb və klub prezidenti dərhal “hə” cavabını verib.

 

Bir müddət öncə adı “Fənərbaxça” ilə birlikdə hallanan Arda isə Türkiyəyə qayıtmaq variantı ilə bağlı bunu deyib: “Fənərbaxça” olmaz, amma “Beşiktaş”a simpatiyam var”.

 

Bu günlərdə Ahmet Bulutun “Barselona” rəhbərliyi ilə danışmasından sonra keçidin baş tutacağı bildirilir. “Beşiktaş” Kataloniya klubunda illik 4,5 milyon avro məvacib alan Ardaya həmin məbləği ödəməyə hazırdı.

 

 

0