[b]Milan Petrjela: “Qarabağ” rahat rəqib deyil [/b]
25.07.2016 - 12:56
[b]Milan Petrjela: “Qarabağ” rahat rəqib deyil [/b]

“Qarabağ”la bir dəfə qarşılaşmışıq və bizim üçün rahat rəqib deyil. Ancaq bu dəfə daha yaxşı hazırlaşmışıq. Maksimum gücümüzdən istifadə edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Viktoriya” klubunun futbolçusu Milan Petrjela deyib.

 

UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Çexiya klubu sabah “Qarabağ”ı qəbul edəcək.

 

Matçla bağlı klubun rəsmi saytına danışan Petrjela Ağdam klubunu tərifləyib. Təcrübəli yarımmüdafiəçi “Qarabağ”ın heyətində 2 futbolçunu xüsusilə fərqləndirib: “Azərbaycan komandası olmasına baxmayaraq, əsas ulduzları ispaniyalı yarımmüdafiəçi Dani Kintana və braziliyalı hücumçu Reynaldodu. Reynaldo “Düdelanj”la Lüksemburqdakı matçda hesabı bərabərləşdirən oyunçudu. Birinci görüşdə isə Riçard Almeyda 2 qol vurmuşdu, onu da qeyd etməliyəm. Kapitanı Rəşad Sadıqov olan “Qarabağ”da 7 ölkədən olan futbolçular çıxış edir”.

 

Qeyd edək ki, “Qarabağ” və “Viktoriya” arasında baş tutacaq cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək. 

 

 

0