[b]ÇFR-in futbolçusu seçim qarşısında: “Styaua”, yoxsa Azərbaycan klubu?[/b]
25.07.2016 - 14:52
[b]ÇFR-in futbolçusu seçim qarşısında: “Styaua”, yoxsa Azərbaycan klubu?[/b]

ÇFR klubunun futbolçusu İonut Larie karyerasını ölkəmizdə davam etdirə bilər. Apasport.az saytı Rumıniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı oyunçu Azərbaycandan təklif alıb.

 

Məlumatda göstərilir ki, bu yay dayaq yarımmüdafiəçisinin xidmətində maraqlı olan klubların sırasında Azərbaycan təmsilçisi də var. Lakin son müdafiəçi kimi də oynamağı bacaran 29 yaşlı futbolçu ilə danışıq aparan təmsilçimizin adı açıqlanmayıb.

 

Larie ilə Rumıniyanın digər klubu “Styaua” da ciddi şəkildə maraqlanır. Buxarestlilər onu PAOK-a keçən Fernando Varelanın yerinə transfer etmək arzusundadılar. Ancaq Larienin ÇFR ilə gələn ilin yayına kimi müqaviləsinin olması onunla maraqlanan klubların işini çətinləşdirir.

 

Qeyd edək ki, 186 sm boya malik olan İonut Larie 2014-cü ildən ÇFR-in formasını geyinir. O, karyerası ərzində 1 dəfə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasında da çıxış edib. 

0