“Viktoriya” – “Qarabağ” matçının favoriti açıqlandı
25.07.2016 - 18:52
“Viktoriya” – “Qarabağ” matçının favoriti açıqlandı

“Topaz” Çempionlar Liqasının sabah keçiriləcək oyunları üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın Çexiyada “Viktoriya” ilə keçiriləcək III təsnifat mərhələsinin ilk matçının favoriti də bəlli olub.

 

Mərc oyunları operatoru Plzenin “Dusan Arena” stadionunda keçiriləcək qarşılaşmada meydan sahiblərini daha şanslı sayır. Bu oyunda “Viktoriya”nın qələbəsi 1,45, “Qarabağ”ın uğuru 5,75-lə dəyərləndirilib. Bakı vaxtı ilə saat 22:15-də başlayacaq matçın heç-heçə əmsalı isə 3,50-di.

 

0