[b]“Mil-Muğan” Premyer Liqaya gəlir[/b]
26.07.2016 - 13:55
[b]“Mil-Muğan” Premyer Liqaya gəlir[/b]

İmişlinin “Mil-Muğan” klubu 2017/18 mövsümündən Premyer Liqada çıxış edə bilər. Apasport.az saytı xəbər verir ki, bu məlumatı jurnalistlərə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.

 

Topaz Premyer Liqasının 2016/17 mövsümünün bu gün keçirilən püşkatmasından sonra Musayev jurnalistlərə bildirib ki, I divizionunda çıxış edən əyalət klubuna şəxsən özü nəzarət edəcək. Onun sözlərinə görə, “Mil-Muğan”ın öz rəhbərliyi olsa da, nəzarət altında idarə ediləcək və növbəti mövsümdə Premyer Liqaya yüksələcək: “Klubun lisenziya alması üçün bütün məsələləri nəzarətdə saxlayacağıq. Komanda tutduğu yerdən asılı olmayaraq, lisenziya aldığı üçün Premyer Liqaya yüksələcək. “Mil-Muğan”ın baş məşqçisi postuna isə Aqil Məmmədov gətiriləcək”.

 

 

0