[b]“Meydana məğlub olmaq üçün çıxmayacağıq” – Maksim Medvedev[/b]
26.07.2016 - 14:31
[b]“Meydana məğlub olmaq üçün çıxmayacağıq” – Maksim Medvedev[/b]

"İki il öncə yoxlama matçında "Viktoriya” ilə oynamağımız bir şeyi dəyişmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

 

Təcrübəli müdafiəçi klubun rəsmi saytına açıqlamasında Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Viktoriya” ilə Çexiyada keçirəcəkləri matç haqda danışıb: “Rəqibimiz öz azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Biz də meydana məğlub olmaq üçün çıxmayacağıq. Çalışacağıq ki, az səhv edib, düzgün oyun göstərək. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

 

0