“Skonto”nu məyus edən azərbaycanlılar - FOTO
26.07.2016 - 23:16
“Skonto”nu məyus edən azərbaycanlılar - FOTO

Futbol üzrə Latviya çempionarının birinci liqasında XV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdiyi "Olayne/Super Nova" doğma meydanda "Skonto" ilə qarşılaşıb.

 

Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:1. Vüqar start heyətdə başladığı matçın sonunadək meydanda olubsa, Orxan isə 82-ci dəqiqədə əvəzlənib. "Olayne"nin qollarını da futbolçularımız vurub. Belə ki, 44-cü dəqiqədə məğlub duruma düşən meydan sahiblərini öncə 63-cü dəqiqədə Vüqar sevindirib. Bundan cəmi 6 dəqiqə sonra isə Orxan qələbə qoluna imza atıb.

 

Bu, Əsgərovun cari mövsümdə vurduğu 20-ci qol olub. Həsənəliyev isə 7 qol vurub.   Qeyd edək ki, geridə qalan turlarda 28 xal toplayan "Olayne" 15 klub arasında 4-cü pillədə qərarlaşıb. 

0