[b]İbrahimoviç: Bekhem məndən xahiş etdi ki...[/b]
27.07.2016 - 09:32
[b]İbrahimoviç: Bekhem məndən xahiş etdi ki...[/b]

“Devid Bekhem yaxşı dostlarımdan biridi. Məndən xahiş etdi ki, onun komandasında oynayım. Ancaq indiki məqamda mən “Mançester Yunayted”də uğur qazanmaq istəyirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri ulduz futbolçu Zlatan İbrahimoviç deyib.

 

İsveç yığmasında karyerasını bitirən “İbrakadabra” maraqlı açıqlama verib. O bildirib ki, PSJ-dən ayrıldıqdan sonra müxtəlif təkliflər alıb: “İstənilən halda, MLS-ə hörmətim böyükdü. Gələcəkdə hər şey mümkündü. PSJ-dən ayrıldıqdan sonra çoxlu təklif aldım, amma Zlatan üçün bu, normaldı. MLS təmsilçiləri xidmətimdə maraqlı idilər. Ancaq mən “Mançester Yunayted” kimi klubda oynamaq, dostum Joze Mourinyo ilə yenidən birgə işləmək şansını qaçıra bilməzdim”.

 

Qeyd edək ki, İbrahimoviç PSJ-dən əvvəl “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona” və  “Milan” kimi klubların da formasını geyinib. 

 

0